Xankəndidəki qondarma mitinqin məqsədi
3 baxış
Son xəbərlər
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntılarımızın qanunsuz istismarının dayandırılmasını tələb edən və bu məqsədlə Laçın-Xankəndi yolunda 14 gündür etiraz aksiyası keçirən Azərbayanlı eko-fəallar ilk gündən etibarən yolu açıq saxlayır. Tibbi və ərzaq məhsullarının, həmçinin beynəlxalq qırmızı xaç komitəsinin, eyni zamanda erməni təcili tibbi yardım maşınlarının buraxılması deməyə əsas verir ki, Azərbaycanın tarixi şəhəri olan Xankəndidə erməni vətəndaşların keçirdiyi saxta mitinq sadəcə olaraq izdiham görüntüsü yaratmağa hesablanıb. Xankəndi sakinlərini faktiki girov saxlayan Vardanyan-Arutunyan cütlüyü bu saxta mitinqlə şou göstərir və süni böhran görüntüsü yaratmağa çalışır. Azərbaycanlı dinc aksiyaçıların güya yolu tutmasını iddia edən və humanitar yardımlardan məhrum olduqlarını bildirən bu erməni azlığın mitinqdə iştirak etməsi üçün bütün inzibati təşkilatlara tapşırıq verilib. Beləki Sosial şəbəkələrdə yayılan məlumatlara görə Ətraf kəndlərdən əhalinin Xankəndi meydanına gətirilməsi üçün avrobuslar ayrılıb, özü gəlmək istəyənlərə pulsuz yanacaq verilir. Hətta Mitinqdə iştirak etmək üçün adambaşına 30-40 dollar ödəniş olunur. Məlumatlara əsasən Tələbələr mitinqdə iştirak etməyəcəkləri halda onlara problem yaranacağı ilə təhdid olunublar, Müəllimlər. həkimlər, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər və digər sakinlər məcburi şəkildə mitinqə cəlb olunublar.
Əsas məqsəd isə bu məcburi mitinqə mümkün qədər çox insanın cəlb edilməsidir.
Qeyd edək ki, bundan öncə də müxtəlif vədlərlə Ermənistanın müxtəlif şəhərlərindən Xankəndiyə insanlar daşınaraq qondarma mitinq təşkil edimişdi. Bu cür süni aksiyaların keçiirlməsi isə qondarma rejimin özünüifşasından başqa bir şey deyil.
REAL
Əsas məqsəd isə bu məcburi mitinqə mümkün qədər çox insanın cəlb edilməsidir.
Qeyd edək ki, bundan öncə də müxtəlif vədlərlə Ermənistanın müxtəlif şəhərlərindən Xankəndiyə insanlar daşınaraq qondarma mitinq təşkil edimişdi. Bu cür süni aksiyaların keçiirlməsi isə qondarma rejimin özünüifşasından başqa bir şey deyil.
REAL
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.