AZ
Video yüklə
Xankəndidə ermənilərlə bağlı şok qərar

Bu video hazırda oynadıla bilmir.

Xankəndidə ermənilərlə bağlı şok qərar

308 baxış Son xəbərlər
Qarabağda separatçı rejim erməni əhalisinin toy və yas mərasimlərini məhdudlaşdırır.

Separatçıların “başçısı” Araik Arutyunyan bununla bağlı qondarma “qərar” imzalayıb.

Bu “qərara” görə, iyulun 5-dən etibarən 50 nəfərdən artıq şənlik, toy və digər mərasimlərin keçirilməsi qadağan olunur.

Eyni zamanda, 30-dan çox insanın iştirak etdiyi yas mərasimlərinə icazə verilmir. Yemək məhsullarının servis və çatdırılma formasında hazırlanması da qadağan edilib.

Separatçılar şəkər və yağ məhsullarının əldə edilməsini, o cümlədən, nəqliyyatın hərəkətini də məhdudlaşdırıb.

Bu addımlar ərzaq problemi ilə əlaqələndirilir, hərçənd, separatçıların ehtiyatlarının olduğu haqda məlumatlar var. Məhdudiyyətlərdə məqsəd “humanitar fəlakət” görüntüsü yaratmaq və erməni əhalisini özlərindən asılı vəziyyətə salmaqdır.

Lakin belə vəziyyət erməni əhalisinin narazılığını da gücləndirir və onları Bakıya üz tutmağa məcbur edə bilər. Azərbaycan erməni əhalisinin təminatını öz üzərinə götürmək təklifi ilə çıxış edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.