AZ
Video yüklə

"Xanımla şəklimi qoyub, bir günlük yoxa çıxıram"

495 baxış Son xəbərlər
Namiq Qaraçuxurlu şou-biznesin qaydalarına məcburiyyətdən əməl etdiyini deyib.

ARB TV-nin "Söz Baz" verilişinin qonağı olan ifaçı şou-biznesin onun düşüncələrinə uyğun gəlmədiyini vurğulayıb:



"Şou-biznesin qayəsi nədir? Nə qədər yalançı olsan, o qədər də at oynada bilərsən. Ona görə mənə qəribə gəlir ki, bəzi aparıcı və müxbirlər şou-biznesdə həqiqət axtarırlar. Əslində, onlara kimin yaxşı cavab verəcəyi lazımdır. Lağ mənasında demirəm, şou-biznes istedad tələb edir. Məsələn, bəzən gözümü yumub, klipimə maraq artırmaq üçün hansısa xanımla şəklimi qoyub, bir gün yoxa çıxıram. Məcburən mən də edirəm, amma ayıbını etmirəm".

Daha ətraflı süjetdə:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.