Tünzalə Ağayevaya görə izdiham yarandı
577 baxış
Son xəbərlər
Xalq artisti Tünzalə Ağayevaya görə izdiham yarandı
Xalq artisti Tünzalə Ağayeva bu dəfə Xətai rayon Heydər Əliyev parkında baş tutan festivalda böyük coşğu ilə qarşılanıb.
“Məktəbim” layihəsinin səfiri olan pop ulduz “Kiçik addımlarla böyük uğurlar” festivalında iştirak edib. Tədbir “Shokki Mokki” və “Vuzuzela Media”nın dəstəyi ilə gerçəkləşib. Bir saat boyunca səhnədə olan müğənni ən sevilən və unudulmayan hitlərini səsləndirib. Tamaşaçılar da onunla birlikdə nəğmələri əzbərə söyləyiblər.
Estrada ulduzu ara-sıra pərəstişkarları ilə səhnədən həmsöhbət olub və onlarla fotolar çəkdirib.
Müğənninin bu dəfəki geyimi stilist Şamxal Ramazanlıya məxsusdur.
Festivalın sonunda Xalq artistiyə görə daha da böyük izdiham yaranıb. Hətta o avtomobilinə getməkdə çətinlik çəkib. Amma buna baxmayaraq səmimi ulduz dayanaraq tək-tək fanatları ilə xatirə fotoları çəkdirib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.