AZ
Video yüklə

VI Xəzər Mediaforumu keçiriləcək

3 baxış Son xəbərlər
Sentyabrın 10-da VI Xəzər Mediaforumu keçiriləcək. Xəzər mediaforumunda iştirak etmək üçün Rusiyanın Həştərxan şəhərinə gəlmiş Azərbaycanın aparıcı KİV-lərinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsinə gül çələngi qoyublar.

Mərasimdə Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, "Baku Network" analitika mərkəzinin rəhbəri Gülnarə Məmmədzadə, Həştərxan vilayətinin Beynəlxalq Əlaqələr Agentliyinin nümayəndələri, eləcə də Azərbaycan və Rusiyanın müxtəlif diplomatik, media və dövlət strukturlarının nümayəndələri iştirak edib

Qeyd edək ki, Forum zamanı regional və beynəlxalq jurnalistikanın yeni inkişaf vektorları, Xəzər regionu ölkələrinin vahid informasiya məkanının yaradılması müzakirə olunacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.