AZ
Video yüklə

Vasif Məhərrəmli Manaf Ağayevlə bağlı açıqlama

7 262 baxış Son xəbərlər
ATV-nin “Günün sədası” proqramının budəfəki qonağı müğənni Manaf Ağayev olub.

Pravda.az xəbər verir ki, efirə telefonla bağlanan Vasif Məhərrəmli Manaf Ağayevlə arasındakı küsülülükdən danışıb:

“Manaf mənim dostumdur. Manafın ürəyi uşaq ürəyi kimidir. Bir anlıq bir söz deyər sonra peşmanlığın çəkər. Manaf hər halı ilə mənim dostumdur. Məndən bir balaca inciyə bilər, amma ailə arasında da küsülülük ola bilər. Əsas odur ki, barışmağa yer olsun. Manafla mənim aramda heç vaxt küsülülük olmayıb. Məni hara dəvət edib həmişə yanında olmuşam”.

Manaf Ağayev isə qarşılığında bildirib ki, Vasif mənim qardaşımdır:

“Vasif, açığı bilmək istəyirsənsə mənim qardaşımsan. O yazılara fikir vermə”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.