AZ
Video yüklə

Vaksinasiya prosesi davam edir

20 baxış Son xəbərlər
Hələ ki, yalnız 65 yaşdan yuxarı vətəndaşlar peyvənd oluna bilər Mütəxəssislərin məlumatına əsasən, vaksinasiyanın nəticəsini görmək üçün heç olmasa əhalinin 60 faizi peyvənd olunmalıdır. Buna görə də hazırda bunun xeyrindən danışmaq çox tezdir. Ancaq vaksinasiya prosesi mərhələli şəkildə aparılmalıdır. Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli qeyd edir ki,hər bir ölkədə vahid vaksinləmə strategiyası var. Bu o deməkdir ki,peyvəndin alınmasıyla bağlı hazırda bəzi ölkələr problemlər yaşayır. Buna görədə ilk növbədə risk qrupuna daxil olan şəxslərin vaksinasiyası nəzərdə tutulub. Müşfiq Məmmədli həmçinin bildirib ki,növbədənkənar insanların vaksinasiya prosesinə cəlb olunması səhiyyə sisteminin yüklənməsinə səbəb ola bilər. Xatırladaq ki,Azərbaycanda bu prosesi tənzimləmək məqsədilə randevu.its.gov.az saytı yaradılıb. Bu sayt vasitəsilə vətəndaşlar qabaqcadan qeydiyyatdan keçməklə vaksinasiya prosesinə qoşula biləcəklər. Qeyd edək ki,bu sistem ancaq 65yaşdan yuxarı və azı 1 il koronavirusa yoluxmamış şəxslər üçün nəzərdə tutulub. REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.