Üz-üzə çırpılan avtomobillərdə 6 yaralı
235 baxış
Son xəbərlər
YPX.AZ xəbər verir ki, Türkiyədə iki minik avtomobilin bir-birinə çırpılması nəticəsində 6 nəfər yaralandı, ikisinin vəziyyəti ağırdır.Qəza, Genç-Çaytepe yolunda meydana gəlib. Əldə edilən məlumatlara görə sürücülərinin kim olduğu təyin edilə bilməyən iki minik avtomobili üz-üzə çırpılıb. Avtomobillərdən biri yol kənarındakı çökəkliyə düşüb, digəri isə yolun ortasında qalıb.Yaralılar ətrafdakı vətəndaşların köməyi ilə avtomobillərdən çıxarılıb və təcili yardım briqadası tərəfindən xəstaxanaya çatdırılıblar.Qəzada yaralanan 6 nəfərdən ikisinin vəziyyəti ağırdır və Bingöl Dövlət Xəstəxanasında nəzarətdədirlər.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.