Bu video hazırda oynadıla bilmir.
ÜST koronavirusun bitəcəyi tarixi elan etdi
2 600 baxış
Son xəbərlər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Klüqe COVID-19 pandemiyasının təxminən 10 ay sonra bitəcəyini, ancaq bunun virusun yox olacağı mənasını vermədiyini bildirib.
Publika.az-ın məlumatına gör, bu barədə H.Klüqe Almaniyanın "Die Welt” qəzetinə müsahibə verib.
O deyib ki, 2021-ci ilin də "COVID-19 ili" olacağını təxmin edir:
"İndi vaxtında diaqnoz və peyvənd var, bununla belə pandemiyanın 2022-ci ilin əvvələrində bitəcəyini düşünürəm. Amma epidemiyanın ortadan qalxması virusun tam yox olması mənasını vermir. Sadəcə sərt məhdudlaşdırmalara gərək qalmayacağına ümid edirəm".
ÜST rəsmisi qeyd edib ki, epidemiya ilə mübarizədə bu il 3 nüansa diqqət yetirilməlidir:
• peyvəndetmə proqramını sürətləndirilməli,
• yeni mutasiyalara qarşı peyvəndlərin adaptasiya edilməli,
• ictimai məsafə və digər sağlıq tədbirlərinin davam etməlidir.
"Epidemiya tədbirlərindən insanlar yorulub, amma səbirli olmamız lazımdır", - H.Klüqe əlavə edib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.