AZ
Video yüklə

Ukraynalı deputat AŞPA-da rusiyalı müxbiri itələyib

19 baxış Son xəbərlər
Ali Radanın deputatı və AŞPA-da Ukrayna nümayəndə heyətinin üzvü Borislav Bereza rusiyalı müxbir Olqa Skabeevi təhqir edib və onu itələyib. FaktXəbər bildirir ki, olay rusiyalı müxbir Ukrayna parlamentinin vitse-spikeri İrina Geraşenkodan müsahibə götürmək istəyərkən qeydə alınıb.

Ukraynalı siyasətçilər "Rossiya" kanalının müxbirinə açıqlama vermək istəməsə də, jurnalist geri çəkilməyərək sualını ünvanlamaq qərarına gəlib. Bu zaman deputat Borislav Bereza onu itələyib və ünvanına nalayiq ifadələr səsləndirib.

Hadisənin ictimailəşməsindən sonra Çeçenistan prezidenti Ramzan Kadırov buna münasibət bildirib. O, ukraynalı deputatı jurnalistdən üzr istəməyə çağırıb: "Bereza bunu dəqiq bilməlidir ki, əgər o, ciddi şəkildə Olqa Skabeevdən üzr istəməsə, mütləq şəkildə bir kişi tapılacaq ki, qulağından şillə vursun".

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.