AZ
Video yüklə

Ukraynada deputatlar əlbəyaxa oldu

8 baxış Son xəbərlər
Ukraynalı deputatlar əlbəyaxa olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ukraynanın Lunsk şəhərinin deputatları torpaqların icarəyə verilməsi məsələsini müzakirə edərkən dava düşüb.



Seçicilərin bir hissəsi məsələnin həll edilməsi və iclasın davam etdirilməsini tələb etsə də, onlara məhəl qoyulmayıb. Hətta millət vəkillərindən biri musiqi sədaları altında zala daxil olmağa cəhd edib. Bu zaman həmkarları ona mane olub.


Yerli mətbuat orqanlarının verdiyi məlumata görə, içəridə dövlət məmurları və idman üslubunda paltar geyinən naməlum insanlar olub.


Bütün bunlar Ukrayna, Lunsk və Avropa İttifaqının bayraqlarının fonunda baş verib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.