AZ
Video yüklə
Ukrayna bu şəhəri də geri qaytardı

Bu video hazırda oynadıla bilmir.

Ukrayna bu şəhəri də geri qaytardı

592 baxış Son xəbərlər
Bu gün səhər saatlarında Xarkova soxulan Rusiya işğalçı qüvvələri cəmi bir neçə saat ərzində Ukrayna Silahlı Qüvvələrinin və ərazi özünümüdafiə dəstələrinin qüvvələri tərəfindən darmadağın edilib. “Tiqr” yüngül zirehli transportyorlarının və digər texnikanın dəstəyi ilə şəhərə daxil olan elit Rusiya bölmələri ilə küçə döyüşlərinə girən ukraynalı döyüşçülər onları böyük itkilərə məruz qoyublar və tamamilə geri oturdublar.

AZSABAH.COM xəbər verir ki, bu haqda hazırda Xarkovda olan jurnalist, haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev bildirir.

“Hazırda şəhərin küçələrində Rusiya ordusunun məhv edilmiş xeyli hərbi texnikası var, onlar pərən-pərən salındılar və geri qaçmalı oldular. Ukrayna ordusu çox şücaətlə döyüşür, yeni nəsil müharibə taktikası tətbiq edir”, - E.Fətullayev bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.