AZ
Video yüklə

Türklər Ermənistanda çoxluq təşkil edəcək

262 baxış Son xəbərlər
Ermənistan yaxın zamanlarda Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalayacaq. Qışda dəhliz mövzusu da Azərbaycanın xeyrinə birdəfəlik bağlanacaq. İndi biz Ermənistan tərəfindən hansısa narazılıqlar eşidə bilərik, amma bu narazılıqlar tamamilə əsassızdır.

Axar.az xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib.

"Bu baş verdikdən sonra Türkiyə həqiqətən də Ermənistana çoxlu sərmayə yatıracaq. Bu artıq siyasi məsələ deyil, Ankara və İrəvan arasında sırf iqtisadi maraqlar olacaq. Ermənistanda zaman keçdikcə Türkiyə və Azərbaycan müəssisələri açılacaq, türklər burada işlə təmin olunacaqlar, yerli istehsal isə tamamilə öləcək. Bir müddət sonra isə ermənilər Ermənistanın özündə belə azlıq təşkil edəcəklər”, - erməni hərbi eksperti qeyd edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.