AZ
Video yüklə

Türkiyənin ordu generalı Bakıda

29 baxış Son xəbərlər
Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Tərəflər son aylar ərzində Türkiyənin Konya şəhərində keçirilmiş “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə və “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərində əldə edilmiş nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin hər iki ölkənin HHQ-nin arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıblar.

Görüşdə Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi məsələləri müzakirə olunub, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrdə əməkdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.