Türkiyənin baş prokuroru Ali Məhkəməyə gəldi
26 baxış
Son xəbərlər
Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Ali Məhkəmənin sədri ilə görüşdü
Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşdü.
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə etdi. Bəkir Şahin qələbə münasibəti ilə xalqımızı təbrik etdi və iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açdı.
Bildirdi ki, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə o cümlədən məhkəmə sistemində əlaqələr daim inkişaf edir və genişlənir. Bəkir Şahinin sözlərinə görə, Azərbaycan prokuror və hakimlərinin Türkiyə Respublikasında təcrübə keçmələri üçün hər zaman hazırdırlar.
Ali Məhkəmənin sədri Ramiz Rzayev hazırda Qarabağda həyata keçirilən yenidənqurma işlərində böyük türk şirkətlərinin yaxından iştirak etdiyini açıqladı. Ölkəmizdə məhkəmə sistemində tətbiq olunan islahatlardan danışan Ramiz Rzayev bildirdi ki, Azərbaycan və Türkiyə arasında müntəzəm olaraq təcrübə mübadiləsi aparılır.
Daha sonra nümayəndə heyəti Ali Məhkəmənin inzibati binası və iclas zalları ilə tanış oldular.
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin Ədliyyə naziri Fikrət Məmmədovla da görüş keçirdi.
İki ölkə arasında qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin inkişafını qeyd edən nazir bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolunu vurğuladı.
Fikrət Məmmədov vətən müharibəsində qardaş Türkiyənin mənəvi və siyasi dəstəyinin daim hiss olunduğunu qeyd etdi.
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin müqavilə-hüquq bazasına söykənən əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.
Sonra nümayəndə heyəti Ədliyyə tarixi muzeyi və Vətən müharibəsində şanlı qələbəyə, Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunan xüsusi stendlərlə tanış oldular.
Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti həm də Asan xidmət mərkəzində oldu. Qonaqları Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliynin sədri Ülvi Mehdiyev qarşıladı. Ülvi Mehdiyev “ASAN xidmət” modeli haqqında ətraflı məlumat verdi, Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Avropaya model nümunə kimi təqdim olunduğunu vurğuladı. Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin “ASAN Xidmət” mərkəzlərinin iş prinsipinin təqdirəlayiq olduğunu bildirdi.
Qeyd edək ki, Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti mayın 29-dan Azərbaycanda rəsmi səfərdədir.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.