Türkiyədə küçəyə çıxmaq qadağası davam edəcək?
111 baxış
Son xəbərlər
Türkiyədə koronovirusla mübarizə tədbirləri çərçivəsində böyük şəhərlərdə aprelin 10-dan 12-nə qədər küçəyə çıxmaq qadağası tətbiq edilib. Karantin rejiminin uzun müddət davam edəcəyini düşünən vətəndaşlar dünyanın hər yerində olduğu kimi ərzaq dükanları və apteklərin qarşısında sıxlıq yaradıblar
Türkiyənin 31 əyaləti, eləcə də Ankara və İstanbulda tətbiq olunan 48 saatlıq küçəyə çıxma qadağası insanların narahatlığına səbəb olub. Qadağanın tətbiq edildiyi bir çox ölkədə olduğu kimi Türkiyədə də böyük şəhərlərdə mağaza və dükanların qarşısında sıxlıq yaranıb.
TRT xəbərin redaktoru Ali Doğan Türkiyədəki hazırki vəziyyəti Xəzər Xəbərə şərh edib.
Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri, həmyerlimiz Fərid Kazımzadə bildirib ki, bu qadağanın qoyulmasında həftəsonunun isti keçməsinin də rolu olub. İnsanların isti havanı fürsət bilib, sosial təması qorumayacaqlarından ehtiyat edən Türkiyə dövləti qabaqlayıcı tədbir görüb. Buna baxmayaraq yenə də qoyulan qadağanı 19 000 adam pozub, onlar da cərimələnib. Bu məlumatı isə Türkiyə Daxili işlər nazirliyi yayıb.
Türkiyədə virusa yoluxanları sayı artsa da, hazırda bu virusdan sağalanların sayı, həyatını itirənlərin sayından daha çoxdur.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.