AZ
Video yüklə

Türkiyədə güclü zəlzələ baş verib

1 723 baxış Son xəbərlər
Türkiyədə 5,7 bal gücündə zəlzələ olub. Redaktor.az xəbər verir ki, Qəndil Rəsətxanası yeralı təkanların yerli vaxtla saat 17:24-də qeydə alındığını açıqlayıb. Zəlzələnin episentri Bingöl şəhərindən 55 kilometr məsafədə yerləşən Karlova rayondur. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Muş, Ərzurum, Elazığ, Diyarbəkirdə də hiss edilib. Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələ nəticəsində Karlıova-Kaynarpınar jandarma idarəsinin növbətçi qüllası uçub. Təhlükəsizlik əməkdaşlarından biri dağıntılar altında qalıb, iki nəfər isə yüngül xəsarət alıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.