AZ
Video yüklə

Türkiyə və İsrail arasında tarixi razılaşma imzalanıb

1 baxış Son xəbərlər
Türkiyə ilə İsrail arasında 71 ildən sonra aviasiya müqaviləsi imzalandı.Beləliklə İsrail aviaşirkətlərinin Türkiyəyə uçuşlarına yenidən başlamasına icazə verən ilkin razılaşma əldə olundu.
Bu barədə İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada qeyd olunub.

Müvafiq olaraq, iki ölkə arasındakı razılaşma çərçivəsində türk şirkətlərinin İsrailə uçuşları, eləcə də İsrail şirkətlərinin Türkiyənin müxtəlif istiqamətlərinə uçuşları bərpa olunacaq.

İsrailin nəqliyyat naziri Merav Michaeli bu addımı “tarixi razılaşma” kimi qiymətləndirib.

İki ölkə arasında son zamanlarda müsbətə doğru yaxınlaşma sezilməkdədir.İsrail və Türkiyə arasında ticarət dövriyyəsi də günbəgün artır.Rəqəmərə nəzər salaq:2021-ci ildə Türkiyənin İsrailə məhsul ixracı 35 faiz artaraq 6,4 milyard dollara çatıb.İsrail isə eyni dövrdə Türkiyəyə 2 milyard dollarlıq məhsul ixrac edib. 2022-ci ilin ilk iki ayında Türkiyənin İsrailə ixracatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 33 artaraq 1 milyard 357 milyon dollara çatıb.

Qeyd edək ki,71 ildən sonra əldə edilən razılaşma İsrailin baş naziri Yair Lapidin iyunun 23-də Ankaraya səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görüşündə müzakirə edilmişdi.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.