Türkiyə MN Qarabağla bağlı açıqlama yaydı
883 baxış
Son xəbərlər
Türkiyənin Müdafiə Nazirliyi Ermənistanın işğalından azad edilmiş ərazilərdə 304.318 kvadratmetr ərazinin minalardan təmizləndiyini açıqlayıb.
REAL TV-nin yerli bürosu xəbər verir ki, açıqlamada iki ölkə arasındakı əməkdaşlığa da toxunulub.
“Qardaş ölkə Azərbaycanla ikili hərbi əməkdaşlıq çərçivəsində keçirilən hərbi təlimlər zamanı Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bütün vəzifələrin öhdəsindən gələ biləcək gücdə olduğunu bir daha göstərdi“.
Türkiyə Müdafiə Nazirliyindən edilən açıqlamada o da vurğulanır ki, ərazilərin minalardan təmizlənməsi üçün daha 5 texnika (MEMATT) 2-ci mərhələdə Azərbaycana göndərilib.
“”İki dövlət, tək millət” olaraq bu günə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.