AZ
Video yüklə
Türkiyə hava yollarını bərpa edir

Bu video hazırda oynadıla bilmir.

Türkiyə hava yollarını bərpa edir

405 baxış Son xəbərlər
Türkiyədə koronavirusla bağlı vəziyyət yaxşı deyil. Ölənlərin sayı 100 mini ötüb, azı 47 min nəfər virusa yoluxub. Amma qardaş ölkədə təyyarə reyslərini bərpa etmək qərarına gəliblər.
Bizimyol.info xəbər verir ki, mayın 1-dən daxili reyslər bərpa olunacaq. “Türkiyə Hava Yolları” bilet satışlarına başlayıb. Sosial şəbəkələrdə paylaşılan fotolarda İstanbul-İzmir reysinə bilet almağın mümkünlüyü diqqət çəkir.
Qonşu ölkədə təyyarə reysləri bərpa olunur - Foto
“Twitter”də təyyarə uçuşlarının bərpası böyük sevinclə qarşılanıb. Şəbəkə istifadəçiləri Nigeriyaya da reyslərin bərpa olunduğunu yazıb.
Türkiyədə uçuşlar martın sonlarında dayandırılmışdı. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Atatürk və Sancaktəpə hava limanlarının 1000 yerlik xəstəxanalara çevriləcəyini bildirmişdi.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.