Paytaxt Bakıda "Anadoludan Qarabağa" Türkiyə-Azərbaycan Media Forumu keçirildi. Forum qardaş ölkələrin dövlət himnlərinin səslənməsi ilə başladı.
Forumun rəsmi hissəsində Azərbaycan-Türkiyə qardaşlığının strateji müttəfiqlik mərhələsinə keçid etdiyi bildirildi. Qeyd olundu ki, Qarabağ zəfəri zamanı informativ savaş yaşandı. Həmin dövrdə əsas vəzifə məhz informasiya savaşında güclü olmaq idi. Buna nail olmadığımız təqdirdə isə haqlı ikən haqsız duruma düşəcəkdik. Media sahəsində dezinformasiyanın aktual problem olduğunu deyən Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı bildirdi ki, Azərbaycan-Türkiyə mediasının işbirliyi nəticəsində xüsusilə Vətən müharibəsində bu qəbildən məlumatların yayılmasının qarşısı böyük ustalıqla alındı.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli media sahəsindəki hədəflərin dəqiq və aydınlığından danışaraq qeyd etdi ki, bu gün Azərbaycan mediası rəqəmsal faşizmlə mübarizə aparır.
Rəsmi çıxışlardan sonra Forum öz işini “Qarabağ Zəfərində Azərbaycan-Türkiyə Mediasının Rolu” və “Türk Dünyası Media Əməkdaşlığı Axtarışları” başlıqlı panel müzakirələrlə davam etdirdi.
Türkiyənin media qrumlarının rəsmiləri də 44 günlük müharibə zamanı və ondan sonra da həqiqətlərin dünyaya çatdırılmasında ölkəmizlə bərabər çiyin-çiyinə mübarizə aparıldığını vurğuladılar.
Qeyd edək ki, Forum çərçivəsində “Şuşa ili”nə dəstək məqsədilə mədəniyyət paytaxtımıza səfər təşkil ediləcək. Səfərdə jurnalistlər Qarabağda aparılan quruculuq işlərilə tanış olacaq, onlara erməni vandalizmini yerindəcə görmə imkanı tanınacaq.
REAL





























