Türk dünyası üçün yeni era başlayır

  • 14.11.2021
  • 0

Türk Şurasının ayrıca bir təşkilata - Türk Dövlətləri Təşkilatına çevrilməsi isə bölgədə təsir imkanları yaratmaqla bərabər, türk dövlətlərinin potensialından birgə istifadəyə zərurət doğuracaq. Bu isə o deməkdir ki, təşkilatın təkcə ölkələrimiz üçün deyil, dünya üçün önəmi bundan sonra daha da artacaq.

Təsadüfi deyil ki, məhz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı Azərbaycan prezidenti Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bizə ən çox dəstək verən ölkənin məhz qardaş Türkiyə olduğunu bildirib. İstisnasız, Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar. Digər tərəfdən, aydındır ki, İkinci Qarabağ savaşının nəticələri həm də bölgə üçün yeni imkanlar açır. Nəqliyyat baxımından Zəngəzur koridorunun açılması isə başlıca məqamlardandır.

Nəticə etibarilə, heç şübhəsiz, üzv dövlətlər arasında münasib şəraitin yaradılması amilinə sadiq qalaraq, əlaqədar qurumlara qarşılıqlı ticarət və investisiya təşkil etmək üçün lazımi tədbirlər görməyin tapşırılması, ölkəmizin təşkilata sədrliyi dövründə gördüyü işlərin məntiqi yekunudur.

REAL

Nə düşünürsən?