AZ
Video yüklə

Tramp zavodda “maska rejimi”ni pozdu

24 baxış Son xəbərlər
ABŞ Prezidenti Donald TrampArizonadatibbi maskaların istehsal olunduğu yeni zavodasəfəri zamanı sözügedən fərdi mühafizə vasitəsindən istifadə etməyib. Bu barədə "Reuters” xəbər yayıb. Tədbirdən yayımlanan kadrlardan aydın olur ki,işçilər hamısı maskadadır, arxa fonda isə "maska rejimi”nə riayət etməklə bağlı xəbərdarlıq var. Lakin nə dövlət başçısı, nə də onu müşayiət edən şəxslər bu mühafizə vasitəsindən istifadəni vacib bilməyiblər. Qeyd edək ki, koronavirus epidemiyası dövründə təhlükəsizlik tədbirlərinə riayət edilməsi barədə hökumətin tövsiyələrinə zidd olaraq, Tramp heç vaxt kütləvi tədbirlərdə maska ilə iştirak etməyib. Son məlumatlara görə, ABŞ-da 1237761 nəfər koronavirusa yoluxub,onlardan 72275-i ölüb, 200669-u sağalıb./oxu.az

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.