AZ
Video yüklə

Torpaqlarımızdakı mina problemi

32 baxış Son xəbərlər
"Azərişıq" ASC-nin əməkdaşının Laçın rayonunun Güləbird kəndində minaya düşərək xəsarət alması mina problemini yen idən gündəmə gətirdi. Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Mahir Əbilov piyada əleyhinə minaya xidməti vəzifəsini yerinə yetirərkən düşüb. Onun sağ ayağı amputasiya olunub.

ANAMA-dan verilən məlumata görə, ümumiyyətlə indiyə qədər 44 nəfər minaya düşərək müxtəlif növ bədən xəsarətləri alıb. 27 nəfər isə təəssüf ki, həlak olub.

ANAMA-dan bildirildi ki, noyabrın 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan ərazisindən 137 mina aşkarlanıb. Onlardan 25-i piyada əleyhinə, 112-si tank əleyhinədir. Bundan başqa, 88 Partlamamış Hərbi Sursat aşkar olunub. 157 hektar ərazi isə mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bir ilin statistikasına görə isə, bu rəqəm olduqca yüksəkdir.

Bütün bunlar isə Ermənistan tərəfinin minalanmış ərazilırini xəritəsini verməkdən boyun qaçırması ilə izah olunur. Nəticədə də rəsmi İrəvan əldə olunan razılaşmaları pozur. Politoloqlar da təsdiqləyir ki,Ermənistan işğaldan azad olunan ərazilərin mina xəritəsini verməməklə məsələni siyas müstəviyə keçirir.

Qeyd edək ki beynəlxal təcrübədə də ekspetlər də iddia edirlər ki, Ermənistan tərəfi minaladıqları ərazilərin xəritəsini Azərbaycana verməy borcludur. Əks halda bu, hərbi cinayət hesab olunur.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.