AZ
Video yüklə

"Torpaqlar satılır, küçəyə çıxın" dedi - aksiyaya gələnlərə baxın

200 baxış Son xəbərlər
Ermənistanda bir “üsyankar səfir” var, sabiq prezident Serj Sərkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan. Nikol Paşinyanın ən sərt tənqidçisidir, “Anti-Nikol Hərəkatı” yaradıb. Yazıb ki, Nikol Ermənistanın maraqlarını satır, amma xalq ayaqda deyil, cəmiyyət ölüb, küçəyə kütləvi çıxmır. Bunun ardınca dünən parlamentin qarşısına etiraza cəmi bir neçə yüz adam çıxdı - halbuki, Serjikin kürəkəni çağırış etmişdi ki, gəlin, yoxsa Nikol Ermənistanın torpaqlarını türklərə bağışlayır, buna imkan verməyin.

Axar.az xəbər verir ki, bu sözləri REAL üzvü Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bu çağırışa Ermənistan müxalifətinin özünün bu cür reaksiya verməsinin və aksiyaya çıxmamasının səbəbi var:

“Görünən odur ki, erməni xalqı, Ermənistan cəmiyyəti belə liderlərdən, xaricdə oturub xalqı küçələrə çağıranlardan daha ağıllıdır və bu da 2018-ci il “rəqs inqilabı”nın ən vacib pozitiv nəticəsidir...”

Qeyd edək ki, Minasyanın və müxalifətin çağırışından sonra küçəyə etiraza çıxanların sayı erməni politoloqlarını da təəccübləndirib. Müxalifətin "torpaqlar satılır" vətənşüvənliyi ilə belə etiraz təşkil edə bilməməsi onun siyasi çəkisinin göstəricisi kimi qiymətləndirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.