Tanınmış prodüser və aparıcı Tarix Əliyevin feysbuk səhifələri bağlanıb.
bu haqda T. Əliyevin özü açıqlama verib. Aparıcı bildirib ki, feysbuk səhifələrinin bağlanmasına səbəb onun Xankəndidən paylaşdığı şəkillər olub:
“Demək olar ki, Azərbaycanda feysbukda təsdiqli səhifəsi olan ilk tanınmışlardan biri olmuşam və buna görə də dostumuz Şəhriyar sağ olsun, bu, illər əvvəl idi. Mən isə feysbukda çox aktiv deyiləm, çünki feysbuk insanların bir-biri ilə fikir mübadiləsi aparmaq, müəyyən fikirləri yazıb müzakirə etmək üçündür. Mənim feysbukdan əlavə fan səhifəm də var idi, orada yetmiş üç min nəfərdən çox izləyicim var idi. Təxminən on gün əvvəl feysbuk heç bir əsas olmadan və xəbərdarlıq etmədən, mənim səhifələrimi deaktiv edib. Buna görə də, aidiyyəti qurumlardan və bu işlə məşğul olanlardan xahiş edirəm ki, kömək etsinlər. Bu, haqsızlıqdır. Ermənilər bilirlər ki, biz öz əzəli torpaqlarımıza qayıtmışıq və əgər tanınmış simaların və ya bloggerlərin səhifələrinin bağlanmasına cəhd göstəriləcəksə, bunun qarşısı alınmalıdır".