AZ
Video yüklə

Tıxacda qalan xəstə və ona yol vermək istəməyən sürücülər

230 baxış Son xəbərlər
Təcili tibbi yardım, yanğınsöndürən və başqa operativ nəqliyyat vasitələri.
Bu xüsusi təyinatlı nəqliyyat vasitələri sayrışan işıqlarını qoşaraq xüsusi səs siqnalı vasitəsi ilə sürücülərdən yol istədikləri təqdirdə maksimum dərəcədə onlara şərait yaradılmalıdır.
Ancaq bəzən sürücülər nə arxagöstərən güzgülərdə gördükləri sayrışan işıqlara, nə də eşitdikləri xüsusi səs siqnallarına əhəmiyyət vermirlər.
YPX.AZ xəbər verir ki, belə hallardan biri də, bu gün günorta saatlarında Heydər Əliyev prospektinin Koroğlu metro stansiyası yaxınlığından keçən hissəsində, üzü şəhər istiqamətində yaşanıb.
Belə ki, prospektdə üzü şəhər istiqamətində yolun bir hissəsində yoxlama-buraxılma postu qurulub, digər hissə isə əsasən operativ nəqliyyat vasitələrinin istifadəsi üçün ayrılıb. Ancaq sürücülər yolun operativ nəqliyyat vasitələri üçün ayrılan hissəsi ilə hərəkət etmək istəyərək buraxılışın icazə verilmədiyi yerə toplaşaraq yolda tıxacın yaranmasına səbəb olublar. Bu zaman həmin yol ilə hərəkətdə olan təcili tibbi yardım maşını tıxacda qalıb. Bu halın şahidi olan bir jurnalist (Səməndər Niftəliyev, vor aləminin solisti) operativ nəqliyyat vasitəsinin önünü açaraq onun rahat hərəkət etməsinə çalışıb. Bu zaman jurnalistə etiraz edənlər də az olmayıb.
Təcili tibbi yarddım maşınında xəstə olmasını önəmsəmədən jurnalistə etiraz edənlər tibb işçisi, polis və başqa peşənin sahibləri olduqlarını söyləyərək yol verməmələrinə anlamsızca haqq qazandırmağa çalışıblar.
Hətta sürücülərdən biri jurnalistə: “sən bizi idarə etmə” - deyərək saymazyana yoluna davam etməyə çalışıb.
Doğurdanımı insan həyatı bizlər üçün bu qədər önəmsizdir?! Axı cəmiyyət olaraq bu kimi hallara bizlər həssas yanaşmadıqca, sürücülərimizdə bu düşüncələri formalaşdırmadıqca vəziyyət daha da acınacaqlı hal alabilər. O təcili tibbi yardım maşınında bir canın olduğunu düşünməməyin adı nədir? Və ya səhhəti ağırlaşan biri üçün gedən təcili tibbi yardım maşını olsun. Bunun heç bir əhəmiyyəti yoxdur.
İnsanlarımızı bu kimi hallara həssas yanaşmağa, əməl etməyənləri qınamağa səsləyirik. Çün ki, can önəmlidir. Bir vətəndaşımızın canını, sağlamlığını hər birimiz düşünməliyik.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.