AZ
Video yüklə

Tikinti səbəbiylə yol daralıb, sürücülər saatlarla gözləməli olur

259 baxış Son xəbərlər
Ərazidə gedən tikinti səbəbi ilə yol daraldılıb, sürücülər hərəkət etmək üçün uzun müddət bir-birlərini gözləməli olur.

YPX.AZ xəbər verir ki, “8-ci Kilometr” bazarının arxa hissəsindən keçən yol, ərazidə gedən tikinti səbəbi ilə daraldılıb. Bu səbəbdən həmin yoldan istifadə edən sürücülərin hərəkəti qismən məhdudlaşıb və qarşı tərəfdən gələn sürücü digərini uzun müddət gözləmək məcburiyyətində qalır.

Bu barədə şikayətçi sürücülərdən biri həmin yoldaki vəziyyəti video qeydə alaraq “Qaynar xətt”imizə göndərib.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.