AZ
Video yüklə

Tikinti materialları sürətlə bahalaşır

101 baxış Son xəbərlər
Son iki ayda tikinti materialları bazarında bahalaşma müşahidə edilməkdədir.

Tikinti materialları bazarında qiymətlər nəzərəçarpacaq dərəcədə yüksəlib.

Satıcıların sözlərinə görə, qiymətlərin artması alıcı kütləsinə də təsir edib.

Qiymətlərin bahalaşması alıcıların da ürəyincə deyil.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə hesab edir ki, qiymətlərin artmasının müxtəlif səbəbləri var. Pandemiya səbəbilə zərərçəkmiş sahibkarlar vəziyyətdən çıxmaq üçün materialları maya dəyərindən artıq qiymətə satırlar. Həmçinin bunu mövsümlə də əlaqələndirmək olar.

Ekspert onu da qeyd edib ki, tikinti materiallarının qiymətinin bahalaşması mənzillərin qiymətinə də təsir göstərəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.