AZ
Video yüklə

Tibb işçiləri peşə bayramını qeyd edir

1 402 baxış Son xəbərlər
Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır. Xezerxeber.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu il peşə bayramının qeyd olunması yeni koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf edir. Tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək ümumbəşəri təhlükə ilə mübarizənin ön cərgəsindədirlər. Virusa yoluxmuş minlərlə xəstə məhz onların səyi ilə yenidən həyata qayıdır. Bakı şəhərinin terapiya üzrə baş mütəxəssisi, həkim Afət Zeynalova mövzu ilə bağlı danışıb: Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.