AZ
Video yüklə
Təhsil nazirindən yeni təyinat

Bu video hazırda oynadıla bilmir.

Təhsil nazirindən yeni təyinat

524 baxış Son xəbərlər
Bakı Slavyan Universitetinin elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyinat olub.

Universitetdən Qaynarinfo-ya verilən xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrlə Nailə Azad qızı Xəndan BSU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin olunub.

Qeyd edilib ki, Nailə Azad qızı Xəndan 1981-ci ildən Bakı Slavyan Universitetində çalışır. Müxtəlif illərdə müəllim, baş müəllim, dosent, Pedaqoji fakültənin dekan müavini, BSU-nun nəzdində Dissertasiya Şurasında fəaliyyət göstərən seminarın sədri və elmi katibi, universitetin tərbiyə işləri üzrə prorektoru, Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi şöbəsinin müdiri, Tərcümə problemləri elmi-tədqiqat laboratoriyasının müdiri, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini və dekan əvəzi vəzifələrində işləyib.

17 fevral 2022-ci il tarixindən Xarici dil müəllimliyi fakültəsinin dekanı vəzifəsində çalışıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.