YPX.AZ xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan və insanların içində hərəkət edən VAZ 2107 markalı avtomobillər konstruksiyalarına olunan dəyişikliklərlə əsl təhlükə mənbəyidir. Belə ki, onların ön asqı sisteminə kustar üsulla olunan dəyişikliklərdən təkər ilə ön qanad arasında o qədər boşluq yaranıb ki, həmin hissəyə hətta əlavə bir təkər də yerləşər. Avtomobillərin arxası isə demək olar ki, yerlə sürünür. Önü bu qədər hündürə qalxan avtomobilin alın şüşəsi isə demək olar ki, səmaya baxır, sürücü oradan yolu görə bilməz. 10 PE 317, 90 RK 497 və 90 HP 072 dövlət qeydiyyat nişanlı VAZ avtomobillərdən birinin YPX əməkdaşlarının müşayiəti ilə cərimə meydançasına aparıldığı paylaşılıb. Digər ikisi haqqında isə məlumat yoxdur. Bu avtomobillər yollarda qəzaya, ağır faciəyə səbəb olmamış mütləq barələrində tədbir görülməlidir.