Təcili Tibbi yardımı ələ saldılar
41 baxış
Son xəbərlər
Tik-tok sosial şəbəkəsində "-maqa-929_" profilinin sahibi əxlaqa, mədəniyyətə, insanlığa yaraşmayan video paylaşıb. Elə videonun başlığı hər şeyi izah edir. "103-lə məzələnməyin təzə yolu". 103 qaynar xəttinə zəng edib dostunun çoxlu acı bibər yediyini, halının pisləşdiyin bildirib. Qaynar xətdən cavab verən xanım da "çox güman dostunuzun allergiyası var, təcili yardım göndəririk" bildirib. Zəngi sonlandırandan sonra bu gənclər öz aləmlərində böyük inqilabi kəşf etmiş, indiyə qədər alimlərin həllini tapa bilmədiyi çətin sualın cavabını tapmış kimi sevinib, gülməyə başlayıblar. Halbuki bir az, lap cüzi ağıl sahibi olsalar dərk edərdilər ki, təcili yardım avtomobilləri insan həyatını xilas etmək üçün nəzərdə tutulub. Bəzən onların bir neçə saniyə gecikməsi insanların həyatını itirməsinə səbəb ola bilər. Bəlkə elə onların öz mənasız zarafatları ilə çağırdıqları təcili yardım yaxınlıqdakı son avtomobil olub. Bəs bir az sonra həqiqi yardıma ehtiyacı olan olsa necə olacaq? Ümid edirik ki, səlahiyyətli orqanlar bu şəxslərə etdikləri hərəkətin mənasını anlayacaqları dillə izah edib qanunun tələbini icra edəcəklər.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.