AZ
Video yüklə
TƏBİB bu günə olan son məlumatı açıqladı

Bu video hazırda oynadıla bilmir.

TƏBİB bu günə olan son məlumatı açıqladı

435 baxış Son xəbərlər
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı bugünkü test sayını açıqlayıb.

Sfera.az xəbər verir ki, bu gün ölkədə COVID-19-la bağlı 5 809 test aparılıb.

Bununla da ölkədə koronavirusla bağlı ümumi test sayı 349 200-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3 487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.