AZ
Video yüklə

Tanınmış müğənninin konsertinə 8 nəfər gəldi

308 baxış Son xəbərlər
Tanınmış müğənni və aktyor Yavuz Bingölün başına iş gəlib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçinin Urfada təşkil edilən konsertinə cəmi 8 nəfər gəlib. Yaranmış vəziyyət ifaçını xeyli pərt edib. O, səhnədən çıxış edərək konsertin təxirə salındığını və başqa tarixdə keçiriləcəyini bildirib.
Yayılan görüntülərdə də konsertdə cəmi 8 nəfərin iştirak etdiyi açıq-aydın görünür. Həmin an lentə alınan video sosial şəbəkələrdə yayılaraq viral olub.
Bununla bağlı açıqlama yayan Bingöl konsertin iyulda daha yaxşı formatda keçiriləcəyini bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.