AZ
Video yüklə

Tanınmış bloger "patı" ilə yaxalandı

662 baxış Son xəbərlər
DİN-in Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin və Baş Narkotiklərlə Mübarizə idarəsinin 07.04.2022-ci il tarixində keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə "jam_guliyev" kimi tanınan Cəmil Quliyev saxlanılmış və onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında metamfetamin (patı) aşkarlanıb.

Yenilik.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı 29-cu polis şöbəsinin əməkdaşlarının tərtib etdiyi protokol Yasamal Rayon Məhkəməsinə göndərilmiş və Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Cəmil Quliyev barəsində 2 ay müddətində inzibati həbs qərarı verilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.