AZ
Video yüklə

Tanınmış azərbaycanlı vəfat etdi

291 baxış Son xəbərlər
Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil vəfat edib.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, bu gün Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü Nizami Bəşirov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

1968-ci il təvəllüdlü Nizami Yaşar oğlu Bəşirov Rusiyadakı azərbaycanlıların ictimai-siyasi həyatında aktiv iştirak edib.

Vəkillik fəaliyyəti ilə məşğul olan Nizami Bəşirov Moskvanın "Bəşirov və tərəfdaşları" vəkillər kollegiyasına rəhbərlik edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.