AZ
Video yüklə
Tanınmış azərbaycanlı vəfat etdi

Bu video hazırda oynadıla bilmir.

Tanınmış azərbaycanlı vəfat etdi

591 baxış Son xəbərlər
MDB Nəqliyyat Əlaqələndirmə Müşavirəsi icraiyyə komitəsinin sədri, Rusiya nəqliyyat nazirinin sabiq müavini Çingiz İsmayılov Moskvada vəfat edib.

Azmedia.az xəbər verir ki, 1948-ci ildə Bakıda doğulan Ç.İsmayılov görkəmli İsmayılov-Süleymanovlar dənizçi nəslinin nümayəndəsidir. 1968-ci ildə Bakı Dənizçilik Məktəbini bitirən Çingiz İsmayılov 1975-ci ildə Odessa Ali Dənizçi Mühəndisləri Məktəbindən, 1991-ci ildə isə SSRİ Nazirlər Soveti nəzdində Xalq Təsərrüfatı Akademiyasından məzun olub.

1968-1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində çalışıb, matrosdan kapitanın ikinci köməkçisinədək yüksəlib. 1984-cü ildən Rumıniyada Sovet Dunay Gəmiçiliyi Agentliyinin rəis müavini vəzifəsində çalışıb. 1987-ci ildə Xəzər Dəniz Gəmiçiliyi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

1997-ci ildən Rusiya Federasiyası Nəqliyyat Nazirliyində çalışmış Ç.İsmayılov 2001-ci ildə nazir müavini təyin olunub.

Çingiz İsmayılov “Əmək rəşadətinə görə” və “Rusiya donanmasının 300 illiyi” medalları, “Rusiyanın fəxri nəqliyyat işçisi” döş nişanı, “Dəniz donanmasının fəxri işçisi” döş nişanı ilə təltif olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.