AZ
Video yüklə

Şuşaya dəmir yolu xətti çəkiləcək

32 baxış Son xəbərlər
İşğaldan azad olunan ərazilərdə dəmiryol infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, işlər üç istiqamət üzrə aparılır. Bunlar Horadiz-Naxçıvan, Şuşa və Ağdam istiqamətləridir.

O qeyd edib ki, Ağdam istiqamətində artıq 20 km yol yatağı tikinti üçün hazırdır. Amma ərazilərin minalanması dəmiryol infrastrukturunun yaradılması istiqamətində işlərin aparılmasını çətinləşdirir.

Cavid Qurbanov Şuşa istiqamətində dəmir yolunun layihələndirilməsi işlərinin aparıldığını da bildirib. O, layihələndirmə işləri Türkiyə şirkəti tərəfindən aparıldığını vurğulayıb.

REAL

***12:33

Şuşa istiqamətində dəmir yolunun layihələndirilməsi işləri aparılır.

"APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, layihələndirmə işləri Türkiyə şirkəti tərəfindən aparır.

"Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora, yəqin ki, elektrik qatarları üçün yolun tikintisi vacib olacaq", - deyə C. Qurbanov qeyd edib.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.