Şuşada III Yay Düşərgəsinə start verilib
14 baxış
Son xəbərlər
Avqustun 2-də Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinə start verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, 2-8 avqust tarixini əhatə edəcək düşərgə müddətində gənclər tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə edəcəklər.
Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri Şuşaya çatanadək erməni silahlı biləşmələrinin Qarabağda törətdikləri vandalizm aktlarının, eləcə də hazırda azad edilmiş torpaqlarımızda həyata keçirilən tikinti-abadlıq işlərinin şahidi olub.
Düşərgədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib.
Proqrama Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər daxildir. Əyləncəli proqramların və intellektual oyunların təşkili də nəzərdə tutulub.
Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.