AZ
Video yüklə

Şuşa şəhərində beynəlxalq konfrans keçirilir

8 baxış Son xəbərlər
Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən 1 il öncə, 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi iki ölkənin sarsılmaz və əbədi qardaşlığını bütün dünyaya çatdıran mesaj oldu. Şuşa Bəyannaməsi güclü tarixi bağlantıları, ümumi mədəni və dini dəyərləri olan ölkələr arasında tarixi münasibətlərin yeni mərhələyə keçidini təmin etdi. Bu gün Şuşa tarixi gününü yaşayır. Mədəniyyət paytaxtımızda Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda sözügedən sənədin imzalanmasından sonra görülən işlərə diqqət çəkilib.

Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşanın strateji əhəmiyyəti durmadan artır.

Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı əlaqələrin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Bu sənəd eyni zamanda, çoxşaxəli müttəfiqliyin rəmzidir. Sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.