Şuşa bəyannaməsi ratifikasiya edildi
14 baxış
Son xəbərlər
Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi təsdiqlənib. Fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Şuşa Bəyannaməsi haqqında qanun layihəsini ratifikasiya edib. Tarixi əhəmiyyətə malik olan Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib, hərtərəfli əməkdaşlıq istiqamətində yeni imkanlar açır.
Şuşa bəyannaməsinin imzalanması həm də Azərbaycanın gələcəyə, inkişafa hədəflənən uğurlu strategiyasının göstəricisidir. Belə ki, Bəyannamə ərazi bütövlüyümüzün əbədiliyi, əzəli torpaqlarımıza qayıdışımızın qüruru, xalqımızın bundan sonra təhlükəsiz və məsud yaşayışının təminatıdır. Ölkələrimiz dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, münaqişələrin, regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərəcək. Eyni zamanda, iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun yenidən formalaşması və modernləşdirilməsi istiqamətində bərabər addımlar atılacaq.
Bir sözlə, 2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa bəyannaməsinin tarixi, siyasi, regional əhəmiyyəti böyükdür. Bu sənəd Azərbaycan və Türkiyə xalqlarının gələcəkdə təhlükəsiz həyatına verilən təmiantdır.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.