AZ
Video yüklə

"Survivor"dan çıxan Pərviz Bakıya qayıda bilmir

1 030 baxış Son xəbərlər
"Son oyunlarda ayağım zədələnmişdi, qırılma təhlükəsi var idi. Hazırda düzəlib. Bir də orada yemək yox idi, 12 kiloqram çəki atmışdım. İndi yeyirəm və çəkim düzəlir".
Redaktor.az xəbər verir ki, bu sözləri TV8-də yayımlanan "Survivor" yarışmasına qatılan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev deyib. İdmançı hazırda Dominikanda karantində olduğunu söyləyib:
"Dominikanda mərkəzdə qalırıq. Burada saat 5-dən sonra küçəyə çıxmaq olmaz. Marketə də getməyə icazə verilmir. Türkiyəyə gedəcəm. Orada 14 gün karantində qalmalıyam. Azərbaycandan 3 aydır uzaqlaşmışam, çox darıxıram. Türkiyədən sonra da Bakıda karantində qalmalıyam. Yəqin ki, mayın sonunda Bakıya gələ bilərəm".

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.