3 avqust 16:21 radələrində Akim Abbasov küçəsində qayda pozan sürücü YPX.AZ kameralarına düşüb. Həsən Bəy Zərdabi küçəsi ilə kəsişmədə svetoforun yaşıl işığı yanmamış 01 CC 544 dövlət qeydiyyat nişanlı "Azsamand" markalı avtomobilin sürücüsü 1.3 xəttinin tələbini tam pozaraq əks yola çıxır, qarşıdan gələn avtomobillərə təhlükə yaradır, onlara yol vermədən sola dönür (halbuki zolaqlar üzrə hərəkət nişanı yol tam bitənə qədər qüvvədə olmasına görə oradan sola dönmək də doğru deyil). Onun qəfil sola dönməsi Zərdabi küçəsində, piyada zolağında yolu keçmək istəyən piyada üçün də gözlənilməz olur və piyada təhlükədən yayınmaq üçün yolu keçərkən qaçır. Bir neçə saniyə ərzində bu qədər qayda pozan sürücü bunun təhlükəsini və məsuliyyətini niyə dərk etmir?!