AZ
Video yüklə

Sürücü: Canıma qəsdin var? Koronadan qaçırsan?

310 baxış Son xəbərlər
Sərxoş sürücü qəza törədib, hadisə yerindən qaçıb amma jandarma onu tutub.Bəkir adlı sürücü qəzadan sonra işlətdiyi ifadələrə görə Türkiyədə gündəm olub.YPX.AZ xəbər verir ki, svetoforun qırmızı işığında keçmək qəzaya səbəb olub, iki nəfər yaralanıb. Qəzadan sonra təkərinin biri yerindən çıxan sürücü hadisə yerindən qaçmağı bacarıb amma jandarma sürücünü tapıb. Aydın olub ki sürücü içkili imiş. Özünün deyil, qarşı tərəfin içkili olduğunu iddia edən sürücü “Koronadanmı qaçırsan insafsız, həyatıma qəsdin var?!” deyə reaksia verib. Qarşı tərəfin qırmızı işıqda keçdiyini iddia edən Bəkir adlı içkili sürücü hadisə haqqında danışarkən deyib ki: “Mən evimə gedirdim. Svetoforun yaşıl işığı yandıqdan sonra kəsişməni keçərkən bu yoldaş gəlib mənə çırpıldı. Bundan şikayətçiyəm. Deyək ki, mən içkiliyəm, günahkaram, amma indi qanunən o günahkardır. Dövlətin quraşdırdığı svetofora əməl etməyən odur. Əgər o qırmızı işıqda keçməsə idi indi mən evimdə yatırdım.”İçkili sürücü əlavə olaraq “Koronadanmı qaçırsan?! Niyə qırmızıdan keçirsən?! Həyatıma qəsdin var?!” – deyərək qarşı tərəfi qınayıb. Bəkir özünün məzlum olduğunu ifadə edərək, cəriməni necə ödəyəcəyini, avtomobilini necə təmir etdirəcəyini də əlavə edərək məsələdən yayınmağa çalışıb. Sərxoş olduğu üçün cəzasına razı olan Bəkir 6 ay sürücülük hüququndan məhrum edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.