AZ
Video yüklə

Sürmə hüququ olmadığı avtomobilin şüşəsini sındırıb ziyan vurdu

209 baxış Son xəbərlər
Bu görüntü Bakıda yerləşən Cərimə Meydançalarından birində qeydə alınıb.

YPX.AZ-ın əldə etdiyi məlumatlara görə, sahibkara məxsus avtomobili icarəyə götürərək etibarnamə ilə idarə edən şəxs, əvvəlcə yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitəsinin cərimələnməsinə, etibarnamə müddəti bitdiyi üçün avtomobilin cərimə meydançasına yerləşdirilməsinə səbəb olub. Ən sonda isə avtomobili idarə edən şəxs avtomobilə zərər yetirib.

Belə ki, sahibkarın iddialarına görə, ona məxsus avtomobili on gün müddətinə başqa bir şəxsə icarələyib. Həmin şəxs isə avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub və bu səbəbdən nəqliyyat vasitəsinə 400 manat məbləğində cərimə yazılıb. Nəqliyyat vasitəsinin cərimələndiyini görən sahibkar on günlük etibarnamənin müddətini artırmayıb və bu səbəbdən yol polisi əməkdaşları nəqliyyat vasitəsini sənədsiz idarə etdiyi üçün sürücünü saxlatdırıb və avtomobili cərimə meydançasına təmin ediblər.

Bütün bunlardan sonra, avtomobili icarələyib idarə edən şəxs qeyri qanuni yollarla nəqliyyat vasitəsini cərimə meydançasından çıxartmağa çalışıb.

Bundan xəbər tutan sahibkar isə Daxili İşlər Nazirliyinin (DİN) 902 “qaynar xətt”inə zəng edərək hadisə ilə bağlı məlumat verib. Ancaq buna baxmayara təqsirləndirilən şəxs saxta sənədlər əldə edərək nəqliyyat vasitəsini yenidən cərimə meydançasından çıxrtmağa çalışıb.

Saxta buraxılış vərəqəsi ilə avtomobili cərimə meydançasından çıxartmaq istəyən şəxslə bağlı sahibkar yenidən DİN-in 902 “qaynar xətt”inə zəng edərək məlumat verib və həmin şəxsin qanuna zidd əməlinin qarşısı alınıb.

Lakin bundan qəzəblənən şəxs avtomobilin ön və arxa şüşələrini sındıraraq avtomobilə ziyan vurub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.