AZ
Video yüklə

Suriyadan atılan raket məscidə düşdü: 3 ölü, 15 yaralı

31 baxış Son xəbərlər
Suriyanın Afrin rayonu ərazisindən buraxılmış iki raket Türkiyənin Kilis şəhərindəki məscidə düşüb.

Rəsmi məlumatlara görə, hadisə nəticəsində 3 nəfər həlak olub, azı 15 nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Türkiyə tərəfinin məlumatına əsasən, raketin buraxılmasına görə Suriyanın müxalifətçi Demokrat ittifaqının Kürd İşçi partiyasına mənsub olan üzvləri məsuliyyət daşıyırlar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.