AZ
Video yüklə

Suraxanı RİH aztəminatlı ailələri aldadır?

952 baxış Son xəbərlər
Suraxanı Rayon İcra hakimiyyəti aztəminatlı ailələri aldadır. Pravda.az-ın xəbərinə görə, bu barədə rayon sakinləri məlumat veriblər. Qeyd olunub ki, Suraxanı RİH koronavirus pandemiyasına görə aztəminatlı ailələrə ərzaq yardımı edir. Üstəlik, vətəndaşlar üçün 5 əlaqə nömrəsi də ayrılıb ki, zəng edib qeydiyyata düşsünlər. Məlum olub ki, nömrələrin heç birinə cavab verən yoxdur. Qeyd edək ki, Prezident İlham Əliyevin 2019cu ilin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.