AZ
Video yüklə

Sumqayıtda yoxlamalar aparılıb

50 baxış Son xəbərlər
DİN şəhər sakinlərinə 3000 ədəd tibbi maska payladı Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Sumqayıtda polis, həmçinin Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sərnişin avtobuslarında vətəndaşlarla izahedici söhbətlər aparılıb tibbi maskadan istifadə etməyin vacibliyi vurğulanıb. Sürücülərdən isə tibbi maskadan istifadə etməyən sərnişinləri avtobusa mindirməmək tələb olunib. Polislər həmçinin fəaliyyətinə icazə verilən mağaza və digər xidmət sahələrində vətəndaşlar, satıcılarla maarifləndirici söhbətlər apararaq tibbi maska olmadan yaşayış yerini tərk edən şəxslərə xəbərdarlıq ediblər. Maddi yardımların verilməsi ilə bağlı poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Sumqayıt Şəhər Polis İdarəsinun əməkdaşları tərəfindən sanitar rejiminin tələbləri izah edilib, sosial məsafənin qorunması tələb edilib.Polislər və Daxili Qoşunların hərbi qulluqçuları Sumqayıt şəhər sakinlərinə 3 min ədəd tibbi maska paylayıblar. Qeyd edək ki, Daxili İşlər Nazirliyi vətəndaşlardan bir daha tələb edir ki, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda, avtobuslarda olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməli, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlanılmalı, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayə edilməlidir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.