AZ
Video yüklə

Sumqayıtda iki avtobus toqquşub, 14 nəfər... -

560 baxış Son xəbərlər
Sumqayıtda iki marşrut avtobusu toqquşub.

Redaktor.az-ın məlumatına görə, səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. İlkin tibbi yardım göstərilən 12 nəfər evə buraxılıb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır. //APA

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.